Futbol

Portuqaliya klubu Sinişa Mihayloviçə tapşırıldı

Portuqaliyanın “Sportinq” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Dsport.az xəbər verir ki, Lissabon təmsilçisi serbiyalı mütəxəssis Sinişa Mihayloviçlə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 49 yaşlı məşqçi ilə 3 illik müqavilə imzalanıb.

Mihayloviç baş məşqçi postundan Xorxe Xesusu əvəz edib. 

Serbiyalı mütəxəssis məşqçilik karyerası ərzində ölkəsinin yığma komandasında, həmçinin İtaliyanın “Bolonya”, “Kataniya”, “Fiorentina”, “Sampdoriya”, “Milan” və “Torino” klublarında da çalışıb.

Xatırladaq ki, may ayında bir qrup azarkeş “Sportinq”in məşq bazasına hücum çəkərək futbolçuları döymüşdü. Ondan öncə klub prezidenti ilə də futbolçular arasında qalmaqal baş vermişdi. Məhz bu olaylardan sonra həm baş məşqçi, həm də aparıcı futbolçulardan Ruy Patrisio, Daniel Podense, Villiam Karvalyo, Jelson Martins, Bruno Fernandes və Bas Dost klubla müqavilələrini birtərəfli qaydada ləğv etmişdi.