Futbol

DÇ-də iştirak edən milli komanda ölümdən döndü - VİDEO

Rusiyada təşkil olunmuş dünya çempionatında mübarizə aparan futbol üzrə Səudiyyə Ərəbistanı yığması ölümdən dönüb.

Dsport.az xəbər verir ki, ilk turda meydan sahibi Rusiyaya 0:5 hesabıyla uduzan ərəblər ikinci turda qarşılaşacaqları Uruqvayla görüş üçün Moskvadan Rostova yollanıblar. Lakin komanda üzvlərini daşıyan təyyarənin motoru havada olarkən alışıb.

Xoşbəxtlikdən heç bir fəlakət yaşanmayıb. Pilotlar təyyarəni Rostov Hava Limanına endirməyi bacarıblar və içəridəkilərin hamısı mənzil başına sağ-salamat çatıb.

Bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyası da rəsmi açıqlama yayıb.