Futbol

Rusiyadan 2-ci, Seneqal və Yaponiyadan ilk qələbə

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı davam edir.

Dsport.az xəbər verir ki, bu gün DÇ-2018-də qrup mərhələsinin ilk turunda son iki oyun baş tutub.

Belə ki, öncə H qrupu çərçivəsində Kolumbiya və Yaponiya yığmaları üz-üzə gəlib. Üç qolun qeydə alındığı görüşdə yaponlar qələbəyə seviniblər. Bunda kolumbiyalıların ilk dəqiqələrdən azlıqda mübarizə aparması da böyük rol oynayıb. 

Daha sonra bu qrupun digər komandaları - Polşa və Seneqal yığmaları qarşılaşıb. Bu oyunda da azarkeşlər üç qol izləyiblər. Qələbəni isə Afrika təmsilçisi bayram edib.

Günün son matçında mundiala ev sahibliyi edən Rusiya yığması Misirlə münasibətlərinə aydınlıq gətirib. Bu oyunla həm də qrup mərhələsində 2-ci tura start verilib. Şimal qonşularımız Səudiyyə Ərəbistanı üzərindəki darmadağının (5:0) davamını bu oyunda da gətiriblər. Meydan sahibləri inamlı qələbəyə seviniblər. 

DÇ-2018
19 iyun

H qrupu

Kolumbiya - Yaponiya 1:2
Qol: X.Kintero, 39 - Ş.Kaqava, 6-pen. Y.Osako, 73.
Qırmızı vərəqə: K.Sançes, 3.
Baş hakim: Damir Skomin (Sloveniya).
Saransk. “Mordoviya Arena”.

Kolumbiya: 1. David Ospina, 3. Oskar Murilyo, 4. Santyaqo Arias, 6. Karlos Sançes, 9. Radamel Falkao (k), 11. Xuan Kuadrado, 16. Cefferson Lerma, 17. Yohan Moyiça, 20. Xuan Kintero, 21. Xose İskerdo, 23. Davinson Sançes.
Ehtiyat oyunçular: 2. Kristian Sapata, 5. Vilmar Barrios, 7. Karlos Bakka, 8. Abel Aqilar, 10. Xames Rodriqes, 12. Kamilo Varqas, 13. Yerri Mina, 14. Luis Muriel, 15. Mateus Uribe, 18. Farid Dias, 19. Migel Borxa, 22. Xose Kuadrado.
Baş məşqçi: Xose Pekerman.
Yaponiya: 1. Eydzi Kavasima, 3. Gen Sedzi, 5. Yuto Naqatomo, 7. Gaku Şibasaki, 8. Genki Haraquçi, 10. Şindzi Kaqava, 14. Takaşi İnui, 15. Yuya Osako, 17. Makoto Hasebe (k), 19. Hiroki Sakai, 22. Maya Yoşida.
Ehtiyat oyunçular: 2. Naomiçi Ueda, 4. Keysuke Honda, 6. Vataru Endo, 9. Şindzi Okazaki, 11. Takaşi Usami, 12. Massaki Hiqaşiquçi, 13. Yoşinori Muto, 16. Hotaru Yamaquçi, 18. Ryota Ohşima, 20. Tomoaki Makino, 21. Qotoku Sakai, 23. Kosuke Nakamura.
Baş məşqçi: Akira Nişino.

Polşa - Seneqal 1:2
Qol: Q.Krixovyak, 86 - T.Çionek, 38-avtoqol. M.Nyanq, 61.
Baş hakim: Navaf Şukralla (Bəhreyn).
Moskva. “Spartak” stadionu.

Polşa: 1. Voyçex Şesnı, 2. Mixal Pazdan, 4. Tyaqo Çionek, 7. Arkadiuş Milik, 9. Robert Levandovski (k), 10. Qreqor Krixovyak, 11. Kamil Qrosiçki, 13. Maçey Ribus, 16. Yakub Blaşikovski, 19. Pyotr Zelinski, 20. Lukaş Pişçek.
Ehtiyat oyunçular: 3. Artur Yedrjeyçik, 5. Yan Bednarek, 6. Yaçek Qoralski, 8. Karol Linetti, 12. Bartoş Byalkovski, 14. Lukaş Teodorçik, 15. Kamil Qlik, 17. Slavomir Peşko, 18. Bartoş Berezinski, 21. Rafal Kurjava, 22. Lukaş Fabianski, 23. David Kovnaçki.
Baş məşqçi: Adam Navalka.
Seneqal: 16. Xadim Ndiaye, 3. Xalidu Kulibali, 5. İdrissa Qana, 6. Salif Sane, 9. Mame Diuf, 10. Sadio Mane, 12. Yussuf Sabali, 13. Alfred Ndiaye, 18. İsmaila Sarr, 19. Mbaye Nyanq, 22. Mussa Vaque.
Ehtiyat oyunçular: 1. Abdulaye Diallo, 2. Adama Mbenque, 4. Kara Mbodji, 7. Mussa Sou, 8. Şeyxu Kuyate, 11. Şeyx Ndoye, 14. Mussa Konate, 15. Diafra Saxo, 17. Pape Ndiaye, 20. Keyta Balde, 21. Lamine Qassana, 23. Alfred Qomis.
Baş məşqçi: Aliu Sisse.

A qrupu

Rusiya - Misir 3:1 
Qol: A.Fathi, 47-avtoqol. D.Çerışev, 59. A.Dzyuba, 62 - M.Salah, 73-pen.
Baş hakim: Enrike Kaseres (Paraqvay).
Sankt-Peterburq. “Sankt-Peterburq Arena”.

Rusiya: İqor Akinfeyev (k), 2. Mario Fernandes, 3. İlya Kutepov, 5. Sergey İqnaşeviç, 6. Denis Çerışev, 8. Yuri Qazinski, 11. Roman Zobnin, 17. Aleksandr Qolovin 18. Yuri Jirkov, 19. Aleksandr Səmədov, 22. Artyom Dzyuba.
Ehtiyat oyunçular: 5. Andrey Semyonov, 7. Daler Kuzyayev, 10. Fyodor Smolov, 12. Andrey Lunyov, 13. Fyodor Kudryaşov, 14. Vladimir Qranat, 15. Aleksey Mirançuk, 16. Anton Mirançuk, 20. Vladimir Qabulov, 21. Aleksandr Yeroxin, 23. İqor Smolnikov, 9. Alan Dzaqoyev.
Baş məşqçi: Stanislav Çerçesov.
Misir: 23. Məhəmməd Əl-Şənavi, 2. Əli Gabr, 6. Əhməd Heqazi, 7. Əhməd Fəthi (k), 8. Tarek Hamed, 9. Marvan Mohsen, 10. Məhəmməd Salah, 13. Məhəmməd Abdelşafi, 
17. Məhəmməd Elneni, 21. Trezeqe.
Ehtiyat oyunçular: 1. Essam Elhadari, 3. Əhməd Elməhəmmədi, 4. Omar Caber, 5. Sam Morsi, 11. Kahraba, 12. Ayman Əşrəf, 14. Ramadan Sobhi, 15. Mahmud Hamdi, 16. Şerif Ekrami, 18. Şikabala, 20. Samir Saad, 22. Amr Varda.
Baş məşqçi: Ektor Kuper.