Futbol

Dubl etdi, ən yaxşı oldu

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilən Belçika - Panama matçının ən yaxşı oyunçusu müəyyənləşib.

Dsport.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Belçika yığmasının hücumçusu Romelu Lukaku seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Belçika yığması bu oyunda 3:0 hesabıyla qalib gəlib. Komandasının ikinci və üçüncü qolunu isə məhz İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən Lukaku vurub.