Futbol

Xorvatiya yığmasında qalmaqal

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatında mübarizə aparan Xorvatiya yığmasında qalmaqal yaranıb.

Dsport.az xəbər verir ki, sözügedən komandanın hücumçusu Nikola Kaliniçin Nigeriya ilə oyunda sonradan meydana çıxmaqdan imtina etdiyi üzə çıxıb. Belə ki, xorvatların 2:0 hesabıyla qalib gəldiyi həmin görüşün sonuna 5 dəqiqə qalmış baş məşqçi Zlatko Daliç Kaliniçi meydana buraxmaq istəyib. Lakin İtaliyanın “Milan” klubunun şərəfini qoruyan hücumçu meydana çıxmaqdan imtina edib.

Bu hərəkəti Kaliniçə baha başa gələcək. Onun yığmanın heyətindən kənarlaşdırılması və evə göndərilməsi gözlənilir. Məlumata görə, Daliç bu barədə qərarını bu gün keçiriləcək mətbuat konfransında açıqlayacaq.