Futbol

40 illik ənənə pozuldu

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatında ilk tur sona yaxınlaşdıqca maraqlı və gözlənilməz nəticələrin də sayı artmaqdadı. 

Dsport.az xəbər verir ki, almanların məğlubiyyəti və Argentinanın büdrəməsindən sonra Braziliya da azarkeşlərini məyus etdi.

İlk oyunda İsveçrə ilə heç-heçə edən (1:1) pentakampeonlar 40 illik ənənənin də pozulmasına səbəb olub.

Belə ki, mundiallara qələbə ilə başlamağa adət edən “sambaçılar” 40 il idi startda xal itirmirdi.

Braziliyanın son uğursuz startı DÇ-1978-ə təsadüf edib. Həmin vaxt cənubi amerikalılar İsveçlə bərabərə qalıb - 1:1. Həmin turnirdə cənubi amerikalılar 3-cü olmuşdu.