Futbol

Almaniyaya vurulan qol zəlzələyə səbəb oldu

Rusiyada təşkil olunmuş futbol üzrə 21-ci dünya çempionatının ilk sensasiyasını Meksikanın adına yazmaq olar. 

Dsport.az xəbər verir ki, son dünya çempionu Almaniyanı minimal hesabla məğlub edən “asteklər” “təbii fəlakət”ə səbəb olub.

Meksika millisinin futbolçusu İrvinq Losanonun vurduğu qoldan sonra Mexikoda süni zəlzələ baş verib. Seysmoloqlar hesab edir ki, buna qol anında minlərlə azarkeşin eyni vaxtda tullanıb-düşməsi səbəb olub.

“Zəlzələ” 2 bal gücündə hiss olunub. Millinin oyununu izləmək üçün Mexikonun mərkəzindəki Sokalo meydanına 75 min insan toplaşıb.