Futbol

Portuqaliya ilə oyunu buraxacaq

Futbol üzrə Mərakeş yığmasının yarımmüdafiəçisi Nordin Amrabatın durumuna aydınlıq gəlib.

Dsport.az xəbər verir ki, Rusiyada təşkil olunmuş dünya çempionatının açılış turunda İranla oyunun sonlarında sıradan çıxan futbolçunun zədəsi çox ciddi olmasa da, ən azı bir qarşılaşmanı buraxmasına səbəb olacaq. Belə ki, o, ikinci turda Portuqaliyaya qarşı oynaya bilməyəcək. Son mövsümü “Leqanes”də keçirən, müqavilə ilə “Uotford”a məxsus olan Nordin ən yaxşı halda İspaniya ilə görüşdə sıraya dönə biləcək.

Məlumata görə, zədədən sonra cəmi bir gün xəstəxanada yatan futbolçuya komandasının düşərgəsinə qayıtmağa icazə verilib. 31 yaşlı xavbek təxminən bir həftə məcburi istirahət etməlidi.