Futbol

Almanlara qalib gəldilər, sevgilisinə evlilik təklifi etdi - VİDEO

Futbol üzrə Meksika yığması Rusiyada təşkil olunmuş dünya çempionatına Almaniya üzərində gözlənilməz qələbə ilə start verdi.

Dsport.az xəbər verir ki, meksikalı fanatlardan biri komandasının 1:0 hesablı qələbəsiylə bitən matçdan dərhal sonra sevgilisinə evlilik təklifi edib. 

Moskvadakı “Lujniki” stadionunda keçirilən oyunu arenanın yanındakı fan-zonadan izləyən həmin azarkeş ətrafdakı digər meksikalıların əhatəsində sevgilisindən müsbət cavab almağı bacarıb.

Həmin görüntüləri təqdim edirik.

Meksika yığması son dünya çempionu Almaniyaya 1:0 hesabıyla qalib gəlib.