Futbol

Belçikadan asan, İsveçlə İngiltərədən çətin qələbə

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı davam edir.

Dsport.az xəbər verir ki, bu gün F və G qruplarında yer alan komandaların iştirakçı ilə daha 3 oyun keçirilib.

Günün ilk oyunu İsveç və Cənubi Koreya yığmaları arasında baş tutub. Avropa təmsilçisi bu oyunda minimal hesabla üstün olub.

Daha sonra Belçika yığması mundialın debütantı Panama ilə münasibətlərinə aydınlıq gətirib. Panamalıların dünya çempionatındakı debütü uğursuz alınıb. Avropalılar bu komandanı 3 cavabsız qolla məğlub ediblər.

Günün son matçında isə İngiltərə yığması Tunislə qarşılaşıb. Cari mundialın əksər favoritləri kimi, İngiltərə yığması da ilk oyunda xal itkisi ilə üzləşməyə çox yaxın idi. Lakin əlavə vaxtda yenidən səhnəyə çıxan Harri Keyn həm dublunu, həm də komandasının qələbəsini rəsmiləşdirib.

DÇ-2018
18 iyun

F qrupu

İsveç - Cənubi Koreya 1:0
Qol: A.Qrankvist, 65-pen.
Baş hakim: Joel Aqilar (Salvador).
Nijni Novqorod. “Nijni Novqorod” stadionu.

İsveç: 1. Robin Olsen, 2. Mikael Lustiq, 4. Andreas Qrankvist (k), 6. Lüdviq Auqustinsson, 7. Sebastyan Larsson, 8. Albin Ekdal, 9. Markus Berq, 10. Emil Forsberq, 17. Viktor Klaesson, 18. Pontus Yansson, 20. Ola Toyvonen.
Ehtiyat oyunçular: 3. Viktor Lindelof, 5. Martin Olsson, 11. Con Qvidetti, 12. Karl-Yohan Yonsson, 13. Qustav Svensson, 14. Filip Helander, 15. Oskar Hilyemark, 16. Emil Kraft, 19. Markus Rohden, 21. Cimmi Durmaz, 22. İsaak Kyese Telin, 23. Kristoffer Nordfeldt.
Baş məşqçi: Yanne Andersson.
Cənubi Koreya: 23. Jo Hyenvu, 2. Li Yonq, 6. Park Yoho, 7. Son Henqmin, 9. Kim Şinvuk, 11. Huanq Hiçan, 13. Ko Yaçeol, 16. Ki Sunqyunq, 17. Li Yaesunq, 19. Kim Yunqqvun, 20. Yanq Hyunsu.
Ehtiyat oyunçular: 1. Kim Sunqqyu, 3. Yunq Sunqhyun, 4. Oh Bansuk, 5. Yun Yunqsun, 8. Yu Seyonq, 10. Li Sunqvu, 12. Kim Minvu, 14. Honq Çul, 15. Yunq Vuyunq, 18. Mun Seonmin, 21. Kim Yinhyeon, 22. Qo Yohan.
Baş məşqçi: Taeyonq Şin.

G qrupu

Belçika - Panama 3:0
Qol: D.Mertens, 47. R.Lukaku, 69; 75.
Baş hakim: Canni Sikazve (Zambiya).
Soçi. “Fişt” stadionu.

Belçika: 1. Tibo Kurtua, 2. Tobi Aldervayreld, 5. Yan Vertongen, 6. Aksel Vitsel, 7. Kevin de Breyne, 9. Romelu Lukaku, 10. Eden Azar (k), 11. Yannik Karrasko, 14. Dres Mertens, 15. Tomas Munye, 20. Dedrik Boyata.
Ehtiyat oyunçular: 3. Tomas Vermaelen, 4. Vensan Kompani, 8. Manuel Fellaini, 12. Simon Minolye, 13. Kun Kastels, 16. Torqan Azar, 17. Yuri Tilemans, 18. Adnan Yanuzay, 19. Mussa Dembele, 21. Miçi Batşuayi, 22. Naser Şadli, 23. Leander Dendonker. 
Baş məşqçi: Roberto Martines.
Panama: 1. Xayme Penedo, 2. Mikael Murilyo, 4. Fidel Eskobar, 5. Roman Torres (k), 6. Qabriel Qomes, 7. Blas Peres, 8. Edqar Barsenas, 11. Armando Kuper, 15. Erik Deyvis, 20. Anibal Qodoy, 21. Xose Luis Rodriqes.
Ehtiyat oyunçular: 3. Harold Kamminqs, 9. Qabriel Torres, 10. İsmael Dias, 12. Xose Kalderon, 13. Adolfo Maşado, 14. Valentin Pimentel, 16. Abdiel Arroyo, 17. Luis Ovalle, 18. Luis Teyada, 19. Rikardo Avila, 22. Aleks Rodriqes, 23. Felipe Baloy.
Baş məşqçi: Hernan Qomes.

Tunis - İngiltərə 1:2
Qol: F.Sassi, 35-pen - H.Keyn, 11; 90+1.
Hakimlər: Vilmar Roldan (Kolumbiya).
Volqoqrad. “Volqoqrad Arena”.

Tunis: 22. Muez Hassen, 2. Siam Ben Yussef, 4. Yassin Meriah, 8. Faxreddin Ben Yussef, 9. Anise Badri, 10. Vahbi Xazri (k), 11. Dilan Bronn, 12. Əli Məlul, 13. Feryani Sassi, 17. Ellyes Skhiri, 23. Naim Sliti.
Ehtiyat oyunçular: 1. Faruk Ben Mustafa, 3. Yohan Ben Aluane, 5. Ussama Haddadi, 6. Rami Bedui, 7. Sayfeddin Xaui, 14. Məhəmməd Ben Amor, 15. Əhməd Xəlil, 16. Aymen Matluti, 18. Bassem Srarfi, 19. Saber Xalifa, 20. Qaylen Çaleli, 21. Hamdi Naquez.
Baş məşqçi: Nabil Məlul.
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 5. Con Stounz, 6. Harri Maquayr, 7. Yesse Linqard, 8. Cordan Enderson, 9. Harri Keyn (k), 10. Rahem Sterlinq, 12. Kiran Trippye, 18. Eşli Yanq, 20. Dele Alli.
Ehtiyat oyunçular: 3. Danni Rouz, 4. Erik Dayer, 11. Ceymi Vardi, 13. Cek Batlend, 14. Danni Uelbek, 15. Qari Keyhill, 16. Fil Cons, 17. Fabian Delf, 19. Markus Reşford, 21. Ruben Loftus-Çik, 22. Trent Aleksandr-Arnold, 23. Nik Pope.
Baş məşqçi: Qaret Sautqeyt.