Futbol

Almaniya - Meksika: Matçın ən yaxşısı bəlli oldu

DÇ-2018-in Almaniya - Meksika oyununun ən yaxşı futbolçusu müəyyənləşib.

Dsport.az xəbər verir ki, şimali amerikalıların 1:0 hesablı qələbəsi ilə bitən matçda yeganə qolun müəllifi İrvinq Lozano fərqləndirilib.

FİFA meksikalıların üzvünü ən yaxşı futbolçu seçib. Onun son çempionu məyus etməsi qurumun diqqətindən yayınmayıb.