Futbol

İlk oyundaca sıradan çıxdı, DÇ-ni erkən başa vurdu

Futbol üzrə Danimarka yığması DÇ-2018-ə Peru üzərində qələbə ilə başlasa da, elə ilk oyundaca çox ciddi itki ilə üzləşib.

Dsport.az xəbər verir ki, sözügedən komandanın müdafiəçisi Vilyam Kvist bu görüşdə ağır zədə alıb. Matçın 35-ci dəqiqəsində sıradan çıxan futbolçunun zədəsi gözləniləndən də ciddidi. Oyunu davam etdirə bilmədiyi üçün Lasse Şöne ilə əvəzlənən müdafiəçi üçün mundial erkən başa çatıb. Kvistin dünya çempionatının sonunadək sıraya dönməsinin mümkünsüz olduğu açıqlanıb.

C qrupunda yer alan Danimarka yığmasını qarşıda ən azı Fransa və Avstraliya ilə oyunlar gözləyir.