Futbol

Qapıçı DÇ-də mükafatdan imtina etdi: Pivəyə görə

Futbol üzrə Misir yığmasının qapıçısı Məhəmməd Əl-Şənavi Rusiyada təşkil olunmuş dünya çempionatı çərçivəsində Uruqvayla keçirilən qarşılaşmanın ən yaxşı oyunçusuna təqdim olunan mükafatdan imtina edib.

Dsport.az xəbər verir ki, buna mükafatı pivə şirkətlərindən birinin təqdim etməsi səbəb olub.

Misirli qapıçı müsəlman olduğunu əsas gətirərək, bu mükafatı qəbul edə bilməyəcəyini deyib.

Xatırladaq ki, həmin qarşılaşma Uruqvayın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundakı qurtarışları ilə seçilən Əl-Şənavi isə FİFA-nın rəsmi saytı tərəfindən matçın ən yaxşı oyunçusu adına layiq görülüb.