Futbol

Taksi sürücüsü maşınla meksikalı fanatları xəstəxanalıq etdi - VİDEO

Futbol üzrə dünya çempionatına ev sahibliyi edən Rusiyada xoşagəlməz hadisə qeydə alınıb.

Dsport.az xəbər verir ki, paytaxt Moskvanın mərkəzi küçələrindən birində taksi sürücüsü avtomobili yol kənarı ilə hərəkətdə olan insanların üzərinə sürüb. Hadisə nəticəsində azı 7 nəfər yaralanıb.

Məlum olub ki, zərərçəkənlərin hamısı hazırda mundialda iştirak edən Meksika yığmasının azarkeşləridi. Yaralılar dərhal Moskvadakı xəstəxanalara çatdırılıblar.

Hadisədən dərhal sonra yaxınlıqdakı insanlar sürücüyə fiziki təzyiq göstərməyə başlayıblar. Qırğızıstan vətəndaşı olduğu bildirilən və adı açıqlanmayan həmin şəxs aradan çıxmağa çalışsa da, polis sürücünü saxlayıb. 

Faktla bağlı araşdırma aparılır. Sürücünün içkili olmadığı qeyd edilir.