Futbol

Xorvatiya - Nigeriya: Ən yaxşı futbolçu o seçildi

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilmiş Xorvatiya - Nigeriya matçının ən yaxşı oyunçusu müəyyənləşib.

Dsport.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Xorvatiya yığması bu oyunda 2:0 hesabıyla qalib gəlib. Komandasının ikinci qolunu da məhz Madrid “Real”ında çıxış edən Modriç vurub.