Futbol

Argentina millisində yeni rekordçu

Futbol üzrə Argentina yığmasının bu gün Rusiyadakı dünya çempionatı çərçivəsində İslandiyaya qarşı oyununda yeni rekord qeydə alınıb.

Dsport.az xəbər verir ki, argentinalıların heyətində Xavyer Maskerano start heyətdə meydana çıxmaqla ölkəsinin yığma komandasında ən çox oyun keçirmiş futbolçuya çevrilib. Bu oyun “Barselona”nın yarımmüdafiəçisi üçün Argentina yığmasının heyətində 144-cü olub.

Maskerano bu göstəricidə həmyerlisi, Milan “İnter”inin sabiq futbolçusu Xavyer Zanettini geridə qoyub.

Qeyd edək ki, Argentina - İslandiya matçında qalib müəyyənləşməyib – 1:1.