Futbol

Fransa - Avstraliya matçının ən yaxşısı

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilən Fransa - Avstraliya matçının ən yaxşı oyunçusu müəyyənləşib.

Dsport.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Fransa yığmasının hücumçusu Antuan Qrizmann seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Fransa yığması bu oyunda Avstraliyaya 2:1 hesabıyla qalib gəlib. İspaniyanın “Atletiko” klubunda çıxış edən Qrizmann isə penaltidən vurduğu qolla bu görüşdə hesabı açan oyunçu olub.