Futbol

DÇ-2018: Sabahkı 3 oyun üçün hakim təyinatları

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 4-cü oyun gününün hakim təyinatları açıqlanıb.

Dsport.az sizi həmin təyinatlarla tanış edir:

DÇ-2018
17 iyun

16:00. Kosta Rika – Serbiya
Hakimlər: Malanq Didu, Cibril Kamara, El Haci Samba (hamısı Seneqal), Bamlak Tessema Veyesa (Efiopiya), Tixon Kaluqin (Rusiya).

19:00. Almaniya – Meksika
Hakimlər: Alireza Faqani, Reza Soxəndan, Məhəmmədreza Mansuri (hamısı İran), Məhəmməd Abdulla Məhəmməd, Məhəmməd Əl-Hammadi (BƏƏ).

22:00. Braziliya – İsveçrə
Hakimlər: Sezar Ramos, Marvin Torrentera, Migel Ernandes (hamısı Meksika), Con Pitti, Qabriel Viktoriya (hər ikisi Panama).