Futbol

Danimarka, Xorvatiya və Fransadan qələbə, Argentinadan xal itkisi

Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir.

Dsport.az xəbər verir ki, bu gün C və D qruplarında yer alan komandaların iştirakçı ilə daha 4 oyun keçirilib.

Günün ilk matçında DÇ-nin əsas favoritlərindən sayılan Fransa Avstraliya ilə qarşılaşıb. Üç qolun qeydə alındığı görüşdə fransızlar çətinliklə də olsa, qalib gəliblər.

Mundialın daha bir favoriti, Lionel Messili Argentina millisi İslandiya ilə üz-üzə gəlib. Lakin argentinalılar mundiala qələbə ilə başlaya bilməyiblər. Messinin penaltini boşa verdiyi oyunda komandası 1 xalla kifayətlənməli olub.

Daha bir görüş Peru və Danimarka yığmaları arasında baş tutub. Bu qarşılaşmanın taleyini bir qol həll edib. 3 xalı isə Avropa təmsilçisi bayram edib. 

Günün son matçında isə Xorvatiya və Nigeriya yığmaları münasibətlərinə aydınlıq gətiriblər. Xorvatlar meydandan inamlı qələbə və 3 xalla ayrılıblar.

DÇ-2018
16 iyun

C qrupu
Fransa - Avstraliya 2:1
Qol: A.Qrizmann, 58-pen. P.Poqba, 81 - M.Yedinak, 62-pen.
Baş hakim: Andres Kunya (Uruqvay).
Kazan. “Kazan Arena”.

Fransa: 1. Uqo Loris (k), 2. Benjamin Pavard, 4. Rafael Varan, 5. Samuel Umtiti, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 10. Kilian Mbappe, 11. Usman Dembele, 12. Korentin Tolisso, 13. Nqolo Kante, 21. Lukas Ernandes.
Ehtiyat oyunçular: 3. Presnel Kimpembe, 8. Tomas Lemar, 9. Olivye Jiru, 14. Blez Matuidi, 15. Stiven Nzonzi, 16. Stiv Mandanda, 17. Adil Rami, 18. Nabil Fekir, 19. Cibril Sidibe, 20. Florian Toven, 22. Benjamin Mendi, 23. Alfonse Areola.
Baş məşqçi: Didye Deşam.
Avstraliya: 1. Mettyu Rayan, 5. Mark Milliqan, 7. Mettyu Leki, 10. Robbi Kruz, 11. Endryu Nabbut, 13. Aaron Muy, 15. Mayl Yedinak (k), 16. Aziz Behiç, 19. Coşua Rizdon, 20. Trent Seynsberi, 23. Tom Roqiç.
Ehtiyat oyunçular: 2. Miloş Degenek, 3. Ceyms Meredit, 4. Tim Keyhill, 6. Mettyu Yurman, 8. Massimo Luonqo, 9. Tomi Yuriç, 12. Bred Cons, 14. Ceymi Maklaren, 17. Daniel Arzani, 18. Denni Vukoviç, 21. Dimitrios Petratos, 2. Cekson İrvin.
Baş məşqçi: Bert Van Marveyk.

D qrupu
Argentina - İslandiya 1:1
Qol: S.Aquero, 19 - A.Finnboqason, 23.
Matçın 64-cü dəqiqəsində Messi penaltidən yararlana bilməyib (qapıçı).
Baş hakim: Simon Marçinyak (Polşa).
Moskva. “Spartak” stadionu.

Argentina: 23. Villi Kabalyero, 3. Nikolas Talyafiko, 5. Lukas Bilya, 10. Lionel Messi (k), 11. Anxel Di Mariya, 13. Maksimiliano Mesa, 14. Xavyer Maskerano, 16. Markos Roxo, 17. Nikolas Otamendi, 18. Eduardo Salvio, 19. Serxio Aquero.
Ehtiyat oyunçular: 1. Nauel Quzman, 12. Franko Armani, 2. Qabriel Merkado, 4. Kristian Ansaldi, 6. Federiko Fasio, 7. Ever Baneqa, 8. Markos Akuna, 9. Qonsalo İquain, 15. Enso Peres, 20. Covanni Lo Selso, 21. Paulo Dibala, 22. Kristian Pavon.
Baş məşqçi: Xorxe Sampaoli.
İslandiya: 1. Hannes Halldorson, 2. Birkir Sevarsson, 6. Raqnar Siqurdsson, 7. Yohan Qudmundsson, 8. Birkir Byarnason, 10. Qilfi Siqurdsson, 11. Alfred Finnboqason, 14. Kari Arnason, 17. Aron Qunnarsson (k), 18. Herdur Maqnusson, 20. Emil Hallfredsson.
Ehtiyat oyunçular: 12. Frederik Şram, 13. Runar Aleks Runarsson, 3. Samuel Fridyonsson, 4. Albert Qudmundsson, 5. Sverrir İnqason, 9. Byorn Siqurdarson, 15. Holmar Eyyolfsson, 16. Olafur Skulason, 19. Rurik Qislason, 21. Arnor Traustason, 22. Yon Bödvarsson, 23. Ari Skulason.
Baş məşqçi: Heymir Hallqrimsson.

C qrupu
Peru - Danimarka 0:1
Qol: Y.Poulsen, 59.
Matçın 45+1-ci dəqiqəsində perulu Kueva penaltidən yararlana bilməyib (kənara).
Baş hakim: Bakari Qassama (Qambiya).
Saransk. “Mordoviya Arena”.

Peru: 1. Pedro Qallese, 2. Alberto Rodriqes (k), 6. Migel Trauko, 8. Kristian Kueva, 10. Cefferson Farfan, 13. Renato Tapia, 15. Kristian Ramos, 17. Luis Advinkula, 18. Andre Karrilyo, 19. Yoşimar Yotun, 20. Edison Flores.
Ehtiyat oyunçular: 3. Aldo Korzo, 4. Anderson Santamariya, 5. Migel Arauxo, 7. Paolo Hurtado, 9. Paolo Gerrero, 11. Raul Ruidas, 12. Karlos Kaseda, 14. Andi Polo, 16. Vilder Kartaqena, 21. Xose Karvalyo, 22. Nilson Loyola, 23. Pedro Akino.
Baş məşqçi: Rikardo Qareka.
Danimarka: 1. Kasper Şmeyxel, 4. Simon Kyaer (k), 6. Andreas Kristensen, 7. Villiam Kvist, 8. Tomas Dileyni, 9. Nikolay Yorgensen, 10. Kristian Eriksen, 14. Henrik Dalsqaard, 17. Yens Larsen, 20. Yussuf Poulsen, 23. Pione Sisto.
Ehtiyat oyunçular: 2. Mikael Kron-Deli, 3. Yannik Vesterqaard, 5. Yonas Knudsen, 11. Martin Breytueyt, 12. Kasper Dolberq, 13. Matias Yorgensen, 15. Viktor Fişer, 16. Yonas Lossl, 18. Lukas Leraqer, 19. Lasse Şöne, 21. Andreas Kornelius, 22. Frederik Ronnov.
Baş məşqçi: Aqe Hareyde.

D qrupu
Xorvatiya - Nigeriya 2:0
Qol: O.Etebo, 32-avtoqol. L.Modriç, 71-pen.
Baş hakim: Sandro Riççi (Braziliya).
Kalininqrad. “Kalininqrad” stadionu.

Xorvatiya: 23. Daniyel Subaşiç, 2. Şime Vrsalko, 3. İvan Ştriniç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 9. Andrey Kramariç, 10. Luka Modriç (k), 17. Mario Mandzukiç, 18. Ante Rebiç, 21. Domaqoy Vida.
Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 5. Vedran Çorluka, 8. Mateo Kovaçiç, 11. Marselo Brozoviç, 12. Lovre Kaliniç, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duye Kaleta-Kar, 16. Nikola Kaliniç, 19. Milan Badel, 20. Marko Pyaça, 22. Yosip Pivariç.
Baş məşqçi: Zlatko Daliç.
Nigeriya: 23. Fransis Uzoho, 2. Brayan İdovu, 4. Vilfred Ndidi, 5. Villiam Ekonq, 6. Leon Baloqun, 8. Oqenekaro Etebo, 9. Odion İqalo, 10. Con Obi Mikel, 11. Viktor Mozes, 12. Abdullahi Şehu, 18. Aleks İvobi.
Ehtiyat oyunçular: 1. İkeçukvu Ezenva, 3. Eldersib Eçyejile, 7. Ahmed Musa, 13. Simeon Nvankvo, 14. Keleçi İheanaço, 15. Joel Obi, 16. Daniel Akpeyi, 17. Oqenyi Onazi, 19. Con Oqu, 20. Şidozie Avaziem, 21. Tironne Ebuehi, 22. Kennet Omeruo.
Baş məşqçi: Gernot Rohr.