Futbol

Avropa Liqası: "Qarabağ" - "İnter" matçının biletləri nə vaxt satışa çıxarılacaq?

Oyuna 31 min 200 bilet hazırlanıb. Bunun 30 min 900-ü azarkeşlər, 300-ü isə media sektoru üçün nəzərdə tutulub

Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda keçirilicək “Qarabağ” – “İnter” matçının biletləri dekabrın 8-də səhər saatlarından etibarən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.

Oyuna 31 min 200 bilet hazırlanıb. Bunun 30 min 900-ü azarkeşlər, 300-ü isə media sektoru üçün nəzərdə tutulub.

Biletlərin qiyməti 1 manatdan 10 manata qədər, VİP yerlər üçün isə 50 manat olacaq.

Dekabrın 11-də keçiriləcək “Qarabağ” – “İnter” oyunu saat 21:00-da başlayacaq.