Futbol

Açılış matçının ən yaxşı oyunçusu açıqlandı

Rusiyada start götürən futbol üzrə dünya çempionatının açılış matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Dsport.az xəbər verir ki, turnirə ev sahibliyi edən Rusiya yığmasının Səudiyyə Ərəbistanı ilə qarşılaşmasının (5:0) qəhrəmanı elə meydan sahiblərinin üzvü Denis Çerışev seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Rusiya yığmasının İspaniya “Vilyarreal”ında çıxış edən yarımmüdafiəçisi komandasının möhtəşəm qələbəsinə dublla töhfə verib.