Futbol

“Neftçi”dən imtina edən məşqçi Ərəbistan klubunda

“Neftçi”nin baş məşqçi postuna gətirmək istədiyi, lakin paytaxt klubunun təklifini qəbul etməyən rumıniyalı mütəxəssis Marius Şumuditsanın yeni iş yeri müəyyənləşib.

Dsport.az xəbər verir ki, 47 yaşlı mütəxəssis Səudiyyə Ərəsbistanında çalışacaq. 

Son olaraq Türkiyənin “Kayserispor” klubunda işləmiş işləyən Şumuditsa “Əl-Şabab”la anlaşıb. Artıq tərəflər iki illik müqaviləyə imza atıblar.