Futbol

DÇ-2018: Daha üç oyuna hakim təyinatları açıqlandı

Bu gün Rusiyada start götürəcək dünya çempionatının daha üç oyunu üçün hakim təyinatları açıqlanıb.

Dsport.az xəbər verir ki, FİFA iyunun 15-nə təsadüf edəcək üç qarşılaşmanı aşağıdakı hakimlərə həvalə edib:

DÇ-2018
15 iyun

16:00. Misir - Uruqvay
Hakimlər: Byorn Kuypers, Sander Van Rokel, Ervin Zeynstra (hamısı Hollandiya), Milorad Majiç (Serbiya).

19:00. Mərakeş - İran
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Ongun (hamısı Türkiyə), Sergey Karasyov (Rusiya).

22:00. Portuqaliya - İspaniya
Hakimlər: Canluka Rokki, Elenito Di Liberatore, Mauro Tonolini (hamısı İtaliya), Ryuji Sato (Yaponiya).