Futbol

DÇ-2018: Açılış matçının hakimləri bəlli oldu

Sabah Rusiyada start götürəcək dünya çempionatının açılışı oyunu olan Rusiya - Səudiyyə Ərəbistanı matçına hakim təyinatları açıqlanıb.

Dsport.az xəbər verir ki, FİFA bu oyunu argentinalı hakimlər briqadasına həvalə edib. Oyunun baş hakimi isə Nestor Pitana olacaq.

DÇ-2018
A qrupu
14 iyun

19:00. Rusiya – Səudiyyə Ərəbistanı
Hakimlər: Nestor Pitana, Xuan Pablo Bellati, Ernan Maydana (hamısı Argentina), Sandro Riççi (Braziliya).

Moskvadakı “Lujniki” stadionunda baş tutacaq mundialın açılışı oyunu Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.