Futbol

Əsgərovun komandasından ilk xal itkisi

Futbol üzrə Latviya Birinci Liqasında 6-cı turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Rezeknes FA/BJSS” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. 

Vurduğu 7 qolla komandasının bombardiri olan, əvvəlki oyunların hamısında fərlənən Əsgərov bu dəfə rəqib qapısına yol tapa bilməyib.

“Dauqavpils” 6 turdan sonra 16 xalla vahid liderdi.