Futbol

Misir yığması Salahın yoxluğunda Küveytlə bacarmadı

DÇ-2018-in iştirakçılarından Misir millisi yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Dsport.az xəbər verir ki, Afrika təmsilçisi səfərdə Küveyt yığması ilə üz-üzə gəlib. Misir millisinin aparıcı üzvü Məhəmməd Salah Çempionlar Liqasının “Real”la final oyunu üçün “Liverpul”un düşərgəsində olduğundan, bu matçda iştirak etməyib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Xatırladaq ki, Misir seçməsi mundialda meydan sahibi Rusiya ilə yanaşı, Uruqvay və Səudiyyə Ərəbistanı yığmaları ilə birgə A qrupunda mübarizə aparacaq.

Yoldaşlıq oyunu
25 may

Küveyt - Misir 1:1
Qol: Əl Ənsari, 7 - Ayman Əşrəf, 81.