Futbol

Vyana “Karabakh”ı mövsümü qələbə ilə başa vurdu

Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında mövsümə yekun vurulub.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Karabakh”ı da 2017/18 mövsümündə son matçına çıxıb. Sözügedən kollektiv 34-cü tur çərçivəsində doğma meydanda “Noyzidl” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb - 4:2.

Emil bu görüşün iştirakçısı olmayıb. Elvinlə Dmitri isə start heyətdə meydana və sonadək oynayıblar. Elvin sarı vərəqə ilə də cəzalanıb.

“Karabakh” mövsümü 56 xalla 16 komanda arasında 5-ci pillədə başa vurub. Vyana klubunun 2-ci liqaya düşmək üçün pley-off oyunlarına vəsiqə verən ilk dördlüyə düşməsinə cəmi 1 xal çatmayıb. Vyana “Austriya”sı 57 xalla 4-cü olub.