Futbol

Nurlan Novruzov "Bakı"nı tərk edə bilər: "Bir neçə klubdan təklif almışam"

Bu mövsüm Premyer Liqada sərgilədiyi oyunla diqqət mərkəzində olan "Bakı"nın hücumçusu Nurlan Novruzov qış fasiləsində paytaxt klubunu tərk edə bilər.

Bu mövsüm Premyer Liqada sərgilədiyi oyunla diqqət mərkəzində olan "Bakı"nın hücumçusu Nurlan Novruzov qış fasiləsində paytaxt klubunu tərk edə bilər. Bu barədə gənc futbolçunun özü "DailySport"a açıqlamasında məlumat verdi.

"Başqa kluba keçməyimi normal qarşılamaq lazımdı, amma mənim üçün birinci "Bakı"nın vəziyyətidi. Əgər hazırkı komandamda işlər qaydasına düşsə, əlbəttə ki, burada qalacam. Ancaq yenə belə davam etsə, ayrılmalı olacam, çünki mən də gələcəyimi fikirləşməliyəm.

Bir neçə klubdan təklif almışam, ancaq ad açıqlaya bilmərəm. Onların arasında Türkiyə PTT 1-ci liqasında çıxış edən klublar da var. Amma öz iddialı klublarımızdan gələn təklifləri dəyərləndirəcəm".

"Bakı"da maliyyə vəziyyəti heç də yaxşı deyil. Daha bir neçə futbolçunun qışda komandanı tərk edəcəyi gözlənilir.

Novruzov bu mövsüm vurduğu 6 qolla hazırda bombardirlər siyahısında 2-ci pillədə qərarlaşıb.