Futbol

Vüqar Əsgərovdan dubl, komandasından darmadağın

Futbol üzrə Latviya Birinci Liqasında 5-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Preilu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 6:0.

Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının iki qolunu da məhz Əsgərov vurub. O, 17-ci dəqiqədə penaltidən fərqlənib, 62-ci dəqiqədə isə dublunu rəsmiləşdirib. Bununla da Vüqar cari mövsümdə vurduğu qolların sayını 7-yə çatdırıb.

“Dauqavpils” beş turdan sonra maksimum - 15 xalla vahid liderdi.