Futbol

Amit Quluzadə Kosovo çempionu oldu

Futbol üzrə Kosovo çempionatında mövsümə yekun vurulub.

Dsport.az xəbər verir ki, mövsümün həlledici oyunu bu gün 33-cü tur çərçivəsində azərbaycanlı futbolçu Amit Quluzadənin formasını geyindiyi “Drita” ilə “Priştina” arasında baş tutub. Son tura lider kimi daxil olan futbolçumuzun komandasına əsas izləyicisi ilə görüşdə çempionluğu təmin etmək üçün heç-heçə də kifayət edirdi. Qarşılaşma qolsub başa çatıb.

Bu nəticə ilə xallarının sayını 67-yə çatdıran “Drita” ölkə çempionu olub. “Priştina” isə 64 xalla 2-ci pilləni tutub.

Qeyd edək ki, Amit Kosovo klubunda bu ilin yanvar ayından etibarən çıxış edirdi.