Futbol

Yığma komandanın baş məşqçisi ilə yeni müqavilə

Belçika Futbol Federasiyası (BFF) millinin baş məşqçisi Roberto Martineslə yeni müqavilə bağlayıb.

Dsport.az xəbər verir ki, federasiya ispan mütəxəssislə müqavilə müddətini 2020-ci ilə kimi uzadıb. Bu barədə məlumatı BFF-nin mətbuat xidməti yayıb. Belçika yığması AÇ-2020-yə vəsiqə qazansa, Martines qitə birinciliyinin final mərhələsində də “qırmızı iblislər”in “sükanı arxasında” olacaq.

44 yaşlı mütəxəssis 2016-cı ildən Belçika millisini çalışdırır. O, Mark Vilmotsun yerinə təyin edilib.

Martinesin başçılıq etdiyi Belçika yığması DÇ-2018-in seçmə mərhələsində 9 qələbə, 1 heç-heçə ilə qrupu birinci pillədə başa vuraraq, mundiala vəsiqə qazanıb.

Martines Belçika yığmasından öncə “Suonsi”, “Everton” və “Viqan” klublarında işləyib.