Futbol

Avroliqanın finalından sonra 21 azarkeş saxlanıldı

Avropa Liqasının final matçından sonra insident baş verib.

Dsport.az xəbər verir ki, Fransanın Lion şəhərində Marsel “Olimpik”i ilə İspaniyanın “Atletiko” klubu arasında baş tutan görüşən sonra 21 azarkeş yerli polis tərəfindən saxlanılıb.

Azarkeşlərin əksəriyyəti arenanın içində və həndəvərində yaxalanıb. 7 nəfər pirotexniki vasitələrdən istifadəyə, 4 nəfər kobud davranışa, 4 nəfər iğtişaş törətməyə görə saxlanılıb. Azarkeşlərdən 2-si qaçmağa cəhd etsə də, stadionun mühafizəçiləri onları tutmağı bacarıb. Bundan əlavə, şəhərdə dalaşan 3 nəfər və silahla yaxalanan 1 azarkeş də bölməyə aparılıb.

Qeyd edək ki, finalda “Atletiko” 3:0 hesabı ilə qalib gələrək turnirin ən güclüsü olub.