Futbol

Hümbətovsuz “Deçiç” yenə uduzdu

Futbol üzrə Çernoqoriya çempionatında 33-cü turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun formasını geyindiyi “Deçiç” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Kom”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

Tural bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Qeyd edək ki, “Deçiç” geridə qalan turlarda cəmi 21 xal toplayıb və 10 iştirakçı arasında sonuncudu.