Futbol

DÇ iştirakçısı Yunanıstana qalib gəldi

Futbol üzrə Səudiyyə Ərəbistanı və Yunanıstan yığmaları arasında yoxlama oyunu keçirilib.

Dsport.az xəbər verir ki, DÇ-2018-in iştirakçılarından olan Səudiyyə Ərəbistanı bu qarşılaşmada inamlı qələbəyə sevinib.

Qeyd edək ki, ərəblər bu yay Rusiyada keçiriləcək mundialda meydan sahibləri, eləcə də Misir və Uruqvayla birgə A qrupunda mübarizə aparacaq.

Yoxlama oyunu
15 may

Səudiyyə Ərəbistanı - Yunanıstan 2:0
Qol: Al-Dossari, 19. Kanu, 79.