Futbol

DÇ-2018-ə təyinat almış hakim həbs olundu

Səudiyyə Ərəbistanının futbol federasiyası hakim Fahad Əl-Mirdasini ömürlük cəzalandırıb.

Dsport.az xəbər verir ki, Fahad danışılmış oyunlarda iştirakda ittiham edilib. O, mayın 12-də keçirilən ölkə kubokunun final qarşılaşmasına təyinat alıb. Ancaq hakim mayın 11-də finalda oynayacaq komandalardan biri ilə əlaqə saxlayaraq, onlardan mükafat tələb edib. Klub rəhbərliyi məsələ ilə bağlı federasiyanı məlumatlandırıb.

Federasiya isə hüquq-mühafizə orqanlarına müraciət edib. Nəticədə Fahad Əl-Mirdasi həbs olunub. 

Qeyd edək ki, o, DÇ-2018-i idarə edəcək hakimlərin siyahısına daxil edilmişdi. Fahad ötən il Konfederasiyalar Kubokunda da iş başında olmuşdu.