Futbol

Serxio Aquero: "Messini "Mançester Siti"yə gəlməsi üçün inandırmağa çalışacam"

"Mançester Siti"nin ulduz futbolçusu Serxio Aquero Argentina millisindəki komanda yoldaşı Leonel Messini oynadığı kluba gətirməyə çalışacağını bildirib

"Mançester Siti"nin ulduz futbolçusu Serxio Aquero Argentina millisindəki komanda yoldaşı Leonel Messini oynadığı kluba gətirməyə çalışacağını bildirib. 

"Daily Mail"in verdiyi xəbərə görə, Aquero Messinin transferi barədə sualı cavablandırarkən belə deyib: 

"Çətin olacaq, ancaq Messini "Mançester Siti"yə gəlməsi üçün inandırmağa çalışacam. Ən yaxşı futbolçuların Premyer Liqada oynaması gözəl olardı". 

Daha öncə bildirilirdi ki, "Mançester Siti" Messi üçün 200 milyon funtundan keçməyə hazırdı.