Futbol

Abdullayev: “İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq”

Xəbər verdiyimiz kimi, Kiprin "Anortosis” klubunda çıxış edən millimizin üzvü Araz Abdullayev ad gününü qeyd edib.

Dsport.az xəbər verir ki, 26 yaşı tamam olan yarımmüdafiəçinin doğum günü məşqdən əvvəl qeyd edilib. Abdullayev ad günü törəninin təşkili ilə bağlı kluba təşəkkür edib və bunları deyib:

"Bizim çox yaxşı futbolçulardan təşkil olunmuş əla komandamız var. Çempionatın başa çatmasına dörd oyun qalıb. İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq".

Abdullayevin "Anortosis"lə icarə müqaviləsi mövsümün sonunda başa çatır. Kipr mətbuatının yazdığına görə, “Anortosis”də icarə əsasında çıxış edən Arazın oyunu rəhbərliyi qane etmir və o, məxsus olduğu “Qəbələ”yə geri qayıdacaq.