Futbol

UEFA-dan sərt cəza: Bu klub avrokuboklardan qovuldu

UEFA bir neçə klubu cəzalandırıb.

Dsport.az xəbər verir ki, qitə futbol qurumu İsveçrənin “Syon” klubunu isə avrokuboklardan uzaqlaşdırıb.

“Syon” 2018/19 və 2019/20-ci illər mövsümündə avrokuboklarda iştirak edə bilməyəcək. Buna səbəb klubun maliyyə feyr-pleyi qaydalarını pozması olub.

İsveçrə klubu 235 min avro cərimə də ödəməli olacaq.

Qazaxıstanın “İrtış” klubu isə bir illik şərti cəzaya məruz qalıb. Ancaq qazaxlar 440 min avro cərimə ödəməli olacaqlar.

Albaniyanın “Tirana”, Serbiyanın “Voyvodina” klubları isə 215 min avro cəriməyə məruz qalıblar.