Futbol

Budaq Nəsirov “Portu” üzərində qələbədə iştirak etmədi

Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) 34-cü turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Portu”nun B komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.

Nəsirov bu matçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

"Sportinq" hazırda 36 xalla 20 klub arasında 17-ci pillədə qərarlaşıb.