Futbol

Muradov oynadı, “Slaviya” 5 qolla qalib gəldi

Futbol üzrə Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində növbəti oyunlar keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rövlan Muradovun formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi bu dəfə doğma meydanda “Siqma” ilə qarşılaşıb. Futbolçularımızın klubu bu oyundan qələbə ilə ayrılıb - 5:1.

Rövlan da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb.