Futbol

Araz Abdullayev diskotekada yaxalandı - VİDEO

Kiprin "Anortosis” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Araz Abdullayev diskotekada görüntülənib.

Dsport.az "Thema Sports”a istinadən verdiyi məlumata görə, 26 yaşlı yarımmüdafiəçi Kipr çempionatının 32-ci turunda AEK ilə 1:1 hesablı heç-heçədən  sonra əylənməyə yollanıb.

Onunla birlikdə komandanın daha 3 futbolçusu – Daniyel Pranyiç, Ruben Rayo və Qordon Şildenfeld olublar. Onların bu davranışı azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb.
 
Qeyd edək ki, 32 matçda 65 xal toplayan "Anortosis” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. (Sportnet)