Futbol

“Qəbələ”nin sabiq futbolçusu Şotlandiyada qalmaqal törətdi – VİDEO

Şotlandiyanın "Reyncers” komandasında çıxış edən "Qəbələ”nin sabiq futbolçusu Endi Hallidey qalmaqala səbəb olub.

Dsport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi Şotlandiya Kubokunun yarımfinalında Qlazqo təmsilçisinin əzəli rəqibi "Seltik”ə 0:4 hesabı ilə uduzduğu görüşün 41-ci dəqiqəsində əvəzlənməsinə sərt formada etiraz edib. O, "Reyncers”in 0:2 hesabı məğlub durumda olduğu halda, oyundan alınmasını düzgün saymayıb və baş məşqçi Qrem Mertinin üzərinə şığıyaraq, kobud ifadələr işlədib.

Komanda yoldaşı Brunu Alveş Hallideyi çətinliklə sakitləşdirib.

Qeyd edək ki, "Seltik” mayın 19-da keçiriləcək final matçında "Moteruell” ilə qarşılaşacaq. (Report)