Futbol

Emin oynamadı, “Kalmar” uduzdu

Futbol üzrə İsveç çempionatında 3-cü turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Norçöpinq”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

Emin bu görüşdə də meydana çıxmayıb. Buna səbəb onun xeyli müddətdi zədədən əziyyət çəkməsidi.

“Kalmar” hazırda 3 xalla 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.