Futbol

24-cü dəfə Hollandiya çempionu oldu

Futbol üzrə Hollandiya çempionatında mövsümün qalibi müəyyənləşib.

Dsport.az xəbər verir ki, 31-ci turun mərkəzi oyununda lider PSV doğma meydanda əzəli rəqibi “Ayaks”la qarşılaşıb. Oyun 3:0 hesabıyla Eyndhoven təmsilçisinin xeyrinə başa çatıb. Nəticədə, PSV mövsümün başa çatmasına 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.

PSV hazırda 80 xalla zirvədə qərarlaşıb. İkinci pillədə qərarlaşan “Ayaks”ın isə 70 xalı var. Bu da o deməkdi ki, Eyndhoven təmsilçisi son üç turda uduzsa belə, əzəli rəqibinin onu qabaqlaması mümkün deyil.

Qeyd edək ki, bu, PSV-nin 24-cü Hollandiya çempionluğudu.