Futbol

Futbolçumuz dubl etdi, “Slaviya” darmadağına sevindi

Futbol üzrə Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində növbəti oyunlar keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rövlan Muradovun formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi bu dəfə səfərdə “Bohemians” ilə qarşılaşıb. Futbolçularımızın klubu bu oyundan qələbə ilə ayrılıb - 5:2.

Rövlan da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb. Komandasının iki qolunu da məhz Muradov vurub. O, 22 və 40-cı dəqiqələrdə fərqlənib.