Futbol

Tural ehtiyatda qaldı, komandası qalib gəldi

Futbol üzrə Çernoqoriya çempionatında 25-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun bu qış transfer olunduğu “Deçiç” klubu da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Kom”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Tural bu görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, “Deçiç” geridə qalan turlarda cəmi 19 xal toplayıb və 10 iştirakçı arasında sonuncudu.