Futbol

Əliyev Ukrayna klubuna baş məşqçi təyin edildi

Futbol üzrə Ukrayna yığmasının əslən azərbaycanlı sabiq yarımmüdafiəçisi Aleksandr Əliyev məşqçiliyə başlayıb. 

Dsport.az xəbər verir ki, 33 yaşlı keçmiş futbolçu həvəskarlardan ibarət "Xmelnitski" klubuna baş məşqçi təyin olunub. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Komandaya təqdim olunan Əliyev artıq “Xmelnitski”ni ilk məşqə də çıxarıb.

“Xmelnitski” hazırda Ukraynanın həvəskarlar liqasında 5 xalla 9-cu pillədə qərarlaşıb. 

Qeyd edək ki, Aleksandr Əliyev vaxtilə Ukrayna yığması və Kiyev "Dinamo"sunda çıxış edib. Onun son klubu Qazaxıstan “Taraz”ı olub. Amma 2016-cı oktyabr ayında bu klubdan ayrılandan bəri peşəkar futboldan kənarda qalmışdı. Geridə qalan müddətdə o, həvəskarlardan ibarət “Katandzaro” komandasında forma geyinirdi.