Futbol

Millimizin üzvü üçün 90 dəqiqə və 1 xal

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 30-cu turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Maastrixt”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Kökçü də bu görüşün iştirakçısı olub. O, start heyətdə başladığı matçda sonadək oynayıb.

“Valveyk” hazırda 28 xalla 20 klub arasında 19-cu pillədə qərarlaşıb.