Futbol

“Karabakh”da gözlənilməz istefa

Avstriyada azərbaycanlılar tərəfindən yaradılmış “Karabakh” (Vyana) klubunda gözlənilməz baş məşqçi istefası qeydə alınıb.

Dsport.az xəbər verir ki, Avstriyanın Şərq Regional Liqasında mübarizə aparan komandanın baş məşqçisi Volkan Kahraman istefa verdiyini açıqlayıb. Klub rəhbərliyi ilə görüşən türkiyəli mütəxəssis qarşılıqlı razılıq əsasında Vyana təmsilçisindən ayrılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Karabakh”da azərbaycanlı futbolçular da çıxış edirlər. Dmitri Nağıyevlə Elvin Bədəlov ötən ilin yayından bu klubun şərəfini qoruyursa, Emil Fərzəliyev bu qış transfer dönəmində Vyana təmsilçisinə keçib.

“Karabakh” hazırda Avstriyanın gücünə görə üçüncü dərəcəli çempionatı sayılan Şərq Regional Liqasında 27 xalla 7-ci pillədə qərarlaşıb və liderdən 10 xal geri qalır.