Futbol

Ziya Əzizov oynamadı, komandası uduzdu

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 29-cu turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Helmond Sport”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

Əzizov bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

"Den Boş" hazırda 38 xalla 20 klub arasında 12-ci pillədə qərarlaşıb.